No:353/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər nazirinin müavini Markos Tekleni qəbul edib
Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə etdilər və iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğuladılar.
Efiopiyalı rəsmi səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanı QH-də sədrliyə başlaması və 18-ci Zirvə görüşünün uğurlu təşkili münasibətilə təbrik etdi. M. Tekle Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə etdi.
Nazir Elmar Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirdi. Həmçinin Efiopiyaya səfərini xatırlayan Nazir Elmar Məmmədyarov, səfərin çox məhsuldar keçdiyini qeyd etdi və efiopiyalı həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Görüşün sonunda Efiopiya rəsmisi Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.