news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 oktyabr 2019

No:352/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Zambiyanın Xarici İşlər naziri Cozef Malanjı ilə görüşüb

Görüşdə iki ölkə arasında həm siyasi, həm də mədəni və humanitar sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulandı. Bu xüsusda, turizm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün ölkələr arasında müqavilə-hüquq bazasının artırılması, o cümlədən vizasız gediş-gəliş sisteminin tətbiq edilməsinin vacibliyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Zambiya arasında ikitərəfli əsaslarla yanaşı, beynəlxalq platformalar, bu xüsusda BMT və QH çərçivəsində də mövcud perspektivlərdən faydalanmağın vacibliyini vurğuladı.

Zambiya XİN-in başçısı Cozef Malanjı ölkələr arasında yüksək-səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. O, Zambiya Prezidenti tərəfindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanlanmış məktubu təqdim etdi.

Görüşün sonunda Cozef Malanjı Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına dair əminliyini ifadə etdi və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti