news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2019

No:350/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb

Görüş zamanı Azərbaycan və Misir arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Sameh Şükri Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, xüsusilə enerji sahəsində əməkdaşlığı qeyd etdi. Həmçinin turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri vurğulandı.

Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti