No:349/19, Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb
26 oktyabr 2019 07:47
Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.Nazir A.Safadi Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.
Görüşdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olundu.
Tərəflər, həmçinin Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.
