news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyul 2022

No:339/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Nazirlər, Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.

 

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti