No:338/25, Nazir Ceyhun Bayramovun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə telefon danışığına dair mətbuat məlumatı

11 avqust 2025 20:42

11 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb. 

 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb. 

 

Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib. 
 
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti