No:338/21, Təkliflər sorğusunun nəticələri haqqında bildiriş
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibati binasında server və kommunikasiya infrastrukturunun yenidən qurulması üçün müxtəlif malların, işlərin və xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.
Təkliflərin sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Azedunet” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 20 sentyabr 2021-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.