No:336/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı ilə görüşüb
Görüşün əvvəlində nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim etdi. Qarşı tərəf təltif üçün nazir Məmmədyarova səmimi təşəkkürünü ifadə etdi.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Nazir Ənvər Qarqaşı, Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür etdi və ölkəmizin təşkilata sədrliyi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırdı.
Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd etdi.
Nazir Ənvər Qarqaşı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi və BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğuladı.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə etdilər.
Görüşün sonunda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri cənab Ənvər Qarqaşı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.