No:334/23, Nazir Ceyhun Bayramovun Birləşmiş Krallığa işgüzar səfərinə dair mətbuat məlumatı

19 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.

 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

 

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti