No:334/17, Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Respublikası və Koreya Respublikası XİN-ləri arasında keçirilmiş 3-cü siyasi məsləhətləşmələr çərçivəsində Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Yun Sun-Qu ilə görüşüb.
Cari ildə Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu və bu müddət ərzində iki ölkə arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətlərinin qurulduğu vurğulandı.
Bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı. Belə səfərlərin əlaqələrimizin yeni mərhələyə qaldırılmasına təkan verə biləcəyi qeyd edildi.
Bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı. Belə səfərlərin əlaqələrimizin yeni mərhələyə qaldırılmasına təkan verə biləcəyi qeyd edildi.
Azərbaycan Respublikası və Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının 2018-ci ilin il iyul – oktyabr ayları arasında Azərbaycanda keçirilməsi təklif edildi.
Nazir müavini Xələf Xələfov Azərbaycanda həyata keçirilən dərin iqtisadi islahatlar çərçivəsində Koreya Respublikası şirkətlərinin Azərbaycan iqtisadiyyatının mühüm sahələrində investisiya layihələrində iştirakının vacib əhəmiyyətini bildirdi.
2009-cu ildə əsası qoyulmuş sayca üçüncü siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti vurğulandı.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulandı.
Görüşdə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və Koreya yarımadasındakı vəziyyət barədə geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan tərəfi iki ölkə Prezidentləri arasında 2006 və 2007-ci illərdə imzalanmış bəyanatlarda əksini tapmış müddəalara istinad edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini qeyd etmişdir.