No:333/17, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransı
Hər vaxtınız xeyir xanımlar və cənablar!
Bildiyiniz kimi, Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrov Azərbaycanda rəsmi səfərdədir. Dünən çox maraqlı müzakirələr keçirilmişdir və S.Lavrov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edilib.
İkitərəfli məsələlərə dair çox faydalı fikir mübadiləsi həyata keçirtdik, bu gün isə müzakirələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində davam etdirdik.
Bildiyiniz kimi format dəyişməz qalır, əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş oldu. İlk növbədə həm dünən, həm də bugün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzvü kimi Rusiyanın rolunu müzakirə etdik. Mən Azərbaycanın mövqeyi və həmsədrlərlə Moskvada keçirilmiş müzakirələrin nəticələrinə dair hörmətli qonağa məlumat verdim. Mənim həmsədrlərlə çox intensiv və substantiv danışıqlarım baş tutub. Biz bugün üçün həllinin tapılması mümkünsüz olan problemlər üzrə konkret məsələləri müzakirə etdik. Mən bu gün S.Lavrova Yerevana səfəri öncəsi hazırda olduğumuz vəziyyəti irəliyə apara biləcək həll variantlarına dair məlumat verdim. Aydındır ki, həmsədr ölkələrin də ən yüksək səviyyədə bəyan etdiyi kimi münaqişə zonasında mövcud vəziyyət heç kimi qane etmir. Mövcud status-kvo həm qəbuledilməz, həm də qeyri-sabitdir. Bu kontekstdə əlbəttə ki, prosesi irəliyə aparacaq həll yollarının tapılmasına ehtiyac vardır. Deyə bilərəm ki, münasibətlərimizin siyasi əsasları 3 iyul 2008-ci il tarixində qəbul edilmiş Dostluq və Strateji Əməkdaşlığa dair Bakı Bəyannaməsində əksini tapıb. Əməkdaşlığımızı bu çərçivədə davam etdiririk.
Biz həmçinin, artmaqda olan ticarət dövriyyəsinin genişləndirilməsi və ticarət əlaqələrinin intensivləşdiriləməsi yollarını müzakirə etdik. Biz artıq Azərbaycanla Rusiya arasında çoxmilyardlı ticarət dövriyyəsindən danışa bilərik. İnanırıq ki, bunu artırmaq üçün imkanlar mövcuddur. Çünki hazırda yeni və maraqlı komponent meydana çıxmışdır, belə ki bu yaxınlarda Tehran şəhərində Azərbaycan, Rusiya və İran Prezidentlərinin Şimal-Cənub nəqliyyat dəhlizinin tam işə salınması ilə bağlı görüşü keçirilib. Biz hesab edirik ki, bu dəhlizin böyük potensialı var, böyük imkanlar mövcuddur. Çünki ilk növbədə, Rusiyanın şimalından, Avropadan Asiya ölkələrinə gedən yükün yolunu qısaldır. Bu marşrutun son nöqtəsi kimi Hindistan və Çini göstərə bilərik.
Biz parlamentlərarası əməkdaşlığı müzakirə etdik. Azərbaycanla Rusiya arasında əməkdaşlıq üçün çoxlu sahələr mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışsaq, müxtəlif beynəlxalq təşkilatlar, habelə BMT, ATƏT, MDB və Avropa Şurasını misal göstərə bilərik, həmçinin, gündəlikdə olan məsələlər dair Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr həyata keçirilir.
Ümumiyyətlə, humanitar əməkdaşlığın inkişafına toxunmaq istəyirəm. Hər kəsə bəllidir ki, Azərbaycanda rus dilinə böyük diqqət ayrılır. Hətta müstəqilliyimizin bərpa olunduğu 26 ildə Azərbaycanda rus dilinə münasibət SSR dövründən fərqlənməyib.
Biz Xəzər dənizinin hüquqi statusuna dair fikir mübadiləsi apardıq. Rusiya tərəfi dekabrın əvvəlində Nazirlər səviyyəsində yeni məsləhətləşmələrin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Əlbəttə ki, Azərbaycan nümayəndə heyəti bu tədbirdə iştirak edəcək. Xəzər dənizinin hüquqi statusunun müzakirəsi ilə yanaşı Xəzəryanı Dövlətlərin Zirvə görüşünün keçirilməsi üçün də bir sıra ideyalar var.
Ümumilikdə əlaqələrimizin səviyyəsini müzakirələrimizin ruhuna uyğun olaraq kifayət qədər nikbin kimi qiymətləndirə bilərəm. Əlbəttə ki, bəzi məsələlər var ki, mən onları problem adlandıra bilmərəm, lakin həlli tapılması tələb olunur. Bütün hallarda, xoş məram, münasibətlərin ruhuna uyğun müzakirələr aparacağıq və birgə həll yolu tapacağıq.
Diqqətinizə görə təşəkkür edirəm!
Sual-cavab sessiyası:
Sual: Xaliq Camaloğlu «Россия Сегодня»: Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni ideyalar oldumu? 2016-cı il hadisəsinin təkrarlanmasının qarşısını almaq üçün bu münaqişəni həll etmək üçün vasitəçilik edən ölkələrin sayını genişləndirmək niyyətindəsinizmi?
Elmar Məmmədyarov: Bütün yeniliklər yaxşı unudulmuş keçmişdir. Bütün ideyalar masanın üstündədir. Bütün mövcud ideyaları toplayıb münaqişə tərəfləri üçün qəbul oluna biləcək sənədin hazırlanmasına ehtiyacımız var. Bu asan tapşırıq deyil. Əgər problemin həlli asan olsaydı biz çoxdan razılaşmışdıq. Həmsədrlərin sayının genişləndirilməsi mexanizminə gəldikdə isə, belə deyək, əgər üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin əksəriyyətini təşkil edirsə daha başqa kiminlə genişlənə bilər? Əgər siz qonşu ölkələri nəzərdə tutursunuzsa, məsələn götürək Türkiyəni. Bu ölkə ATƏT-in Minsk Qrupunun üzvüdür və ATƏT çərçivəsində digər ölkələrlə kifayət qədər fəal əməkdaşlıq edir. Siz 2016-cı il hadisələrini xatırladız. Hər zaman bəyan edilib ki, mövcud status-qvo qəbuledilməzdir və qeyri-davamlıdır. Bu halda, əlbəttə ki siz məsələnin kökünə baxsaz hər kəs anlayır ki, həmsədrlər vasitəçilərdir. Son addımı atmaq və siyasi iradə nümayiş etdirmək lazımdır. Ümumilikdə isə hər kəs çox gözəl bilir ki, hansı formada və necə biz irəliləyə, münaqişəni həll edə bilərik. Şübhəsiz, prosesin müxtəlif üsullarla irəliyə aparılmasının sürəti başa düşüləndi. Azərbaycan BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tamamilə, qeyd şərtsiz çıxarılmasını tələb edir. Bu xüsusda, səylərin üç qat artırılmasına zərurət vardır.
Sual: Viktoriya Zavoronkova, “Report” informsiya agentliyi: İlk sualım ikitərəfli münasibətlər, nisbətən fərqli format haqqındadır. Qeyd olunduğu kimi, Azərbaycanla Rusiya təkcə ikitərəfli deyil, üçtərəfli formatda da etibarlı əlaqələr qurublar. Deyə bilərsinizmi, yaxın gələcəkdə digər dost ölkələrlə üçtərəfli formatların yaradılması gözlənilirmi? Məsələn, Azərbaycan-Rusiya-Türkiyə və yaxud Azərbaycan-Rusiya-Qazaxıstan və s.
İkinci sualım cənab Lavrova ünvanlanıb. Hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə dair BMT TŞ-nin qətnamələrinin fonunda Azərbaycan torpaqlarının işğal edilməsi faktına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün hansı addımlar atılmalıdır?
Elmar Məmmədyarov: Üçtərəfli görüşü təşkil etmək üçün hər bir formatın əsas komponentləri olmalıdır. Məsələn, Rusiya-Azərbaycan-İran formatı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında birgə maraqlara əsaslanır. Buna görə də mən bu sualın cavabına real məsələdən asılı olaraq yanaşardım. Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatına gəldikdə, Rusiya dəmir yollarının yükləri Bakı-Tbilisi-Qars dəmir yolu və bu xətt vasitəsilə Türkiyəyə, Aralıq Dənizinə daşınacağı təqdirdə məqbul sayıla bilər. Bildirmək istəyirəm ki, noyabrın 30-da Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşü var. Bu İstanbul Prosesi – Asiyanın Qəlbi çərçivəsində Əfqanıstana dair Bakıda keçiriləcək. Müvafiq olaraq üçtərəfli görüşün keçirilməsinə dair müzakirələr aparılıb. Ümumilikdə mənim Qazaxıstanlı həmkarım üçtərəfli formata marağını ifadə edib. Hesab edirəm ki, bu formatın saxlanılması vacibdir və regional proseslərin inkişafında kifayət qədər optimaldır.
Sonda, mən Təhlükəsizlik Şurasının qətnamələri barədə demək istərdim. Onların vaxt məhdudiyyəti yoxdur. Bütün qətnamələrdə Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması xahiş deyil, tələb kimi irəli sürülür. Bu halda mən şübhə etmirəm ki, bu qətnamələr yerinə yetiriləcəkdir. Əvvəldə dediyim kimi bu sadəcə vaxt məsələsidir.
Təşəkkür edirəm.
Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.