No:332/18,XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.
Pərvin Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu etdi. Çilinin Azərbaycanda Səfirliyinin fəaliyyətə başladığını qeyd edən Çili diplomatı iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.