No:330/25, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna qəbula dair mətbuat məlumatı

01 avqust 2025 10:47

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, 2025-2026-cı il üzrə Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.
 
Könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
 
15 avqust 2025-ci il müraciətlərin qəbulu üçün son tarixdir.
 
Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti