No:325/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkmənistanın səfiri Mekan İşanquliyev ilə görüşünə dair məlumatı

Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında dost və qardaşlıq münasibətlərinin inkişafı naminə uğurlu fəaliyyətinə görə Türkmənistan səfirinə təşəkkür edib və səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Türkmənistan arasında müxtəlif formatlarda artan tərəfdaşlığın və dialoqun, yüksək səviyyəli mütəmadi səfərlər və görüşlərin, dostluq dənizi olan Xəzər dənizində əldə edilmiş razılaşmaların və genişlənən əməkdaşlığın tarixi əhəmiyyəti vurğulanıb. 

 

Səfir Mekan İşanquliyev Azərbaycanda doğma vətənindəki kimi fəaliyyət göstərdiyini qeyd edərək, xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib. 

 

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov səfir İşanquliyevə ən xoş arzularını çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti