news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 dekabr 2018

No:325/18, Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb

Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən Nazir Elmar Məmmədyarov 6 dekabr tarixində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb. 

Görüş zamanı ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ilə ölkəmiz arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti