news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 oktyabr 2019

No:323/19, AR XİN mətbuat katibi L.Abdullayeva Rusiya Dövlət Dumasının üzvü K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forum”da qanunsuz iştirakına dair mətbuatın sualını cavablandırır (Az/Ru)

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır. Məlum olduğu kimi, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilmişdir. K.Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır. 


Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu yaxınlarda “Valday” beynəlxalq diskussiya klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir. 


İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda K.Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcəkdir.

---

Руководитель Управления пресс-службы МИД АР Л.Абдуллаева отвечает на вопрос СМИ о незаконном визите и участии депутата Государственной Думы России К.Затулина в т.н. «форуме» в Ханкенди

Незаконное участие отличающегося откровенной проармянской позицией заместителя председателя комитета Госдумы по делам СНГ, евразийской интеграции и связям с соотечественниками Константина Затулина в указанном «форуме» является очередной провокацией против Азербайджана. Как известно, имя К.Затулина ввиду его неоднократных незаконных визитов на оккупированные территории Азербайджана значится в соответствующем «черном списке». Участие К.Затулина в этом «форуме» и его носящие характер безосновательных выпадов против Азербайджана заявления в корне противоречат официальной позиции России по этому вопросу.

Отношения между Азербайджаном и Россией уровня стратегического партнерства успешно развиваются на основе тесных контактов Президентов обоих государств. Так, участие Президента Азербайджанской Республики в недавно прошедшем заседании Международного дискуссионного клуба «Валдай» и имевшая там место его встреча с Президентом Российской Федерации на двусторонней основе являются наглядными тому примерами.

На фоне столь успешного развития сотрудничества между двумя странами деятельность лиц, подобных К.Затулину, преследует цель нанесения ущерба азербайджано-российским отношениям. Однако, азербайджано-российские отношения продолжат своё поступательное развитие несмотря на такого рода провокационные попытки.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti