news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 oktyabr 2019

No:319/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər nazirləri Şurasının Bakıda keçirilən 7-ci iclası çərçivəsində Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşüb

Nazirlər Azərbaycan və Qazaxıstan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi apardılar. İkitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını qeyd etdilər. Həmçinin ticarətin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edildi.

Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev “2 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Hökuməti arasında, vətəndaşların qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzaladılar.ardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti