No:319/18, Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Milan səfəri çərçivəsində ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.
Görüşdə Azərbaycan- İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.
Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də Cənubi Qaz Dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.