news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 noyabr 2017

No:318/17, Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb

Nazir Elmar Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Efiopiya arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacib olduğunu qeyd etdi. O həmçinin, Efiopiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin təşviqi üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirdi.

Görüşdə məzunlar Azərbaycan və Efiopiya arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş kömək və dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür etdilər. Həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Efiopiyanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını əlavə etdilər.

Sonda məzunlarla xatirə şəkli çəkdirildi.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti