No:313/19, Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Nazir Elmar Məmmədyarov iki ölkə tərəfindən həyata keçirilən uğurlu iqtisadi layihələri, Azərbaycan bazarında İsveçrə şirkətlərinin fəaliyyətini qeyd etdi. Bu xüsusda, 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunaraq, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcud olduğu ifadə edildi.
Öz növbəsində Jan-Rene Furniyen ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafının beynəlxalq səviyyədə də özünü göstərdiyini qeyd etdi. O, İsveçrə tərəfindən İpək Yolu layihəsinin dəstəkləndiyini bildirdi, bu xüsusda İpək Yolu ilə bağlı Azərbaycanın rolunun əhəmiyyətinə toxundu.
Həmçinin tərəflər, regionda təhlükəsizliyə olan hədə və təhdidlər, o cümlədən imkanlar barədə fikir mübadiləsi apardılar.
Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən danışaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin beynəlxalq hüququn prinsipləri, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həll edilməsi, o cümlədən Ermənistanın işğalçı siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına şərəflə geri qayıtmasının vacibliyini vurğuladı.
Görüş zamanı Nazir Azərbaycan tərəfindən İsveçrə bazarına qoyulan sərmayələr, eynilə İsveçrə tərəfindən ölkəmizə olan investisiyalar, o cümlədən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı barədə danışdı.
Cənab Jan-Rene Furniyen Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.