No:308/23, Nazir Ceyhun Bayramovun Avstriya və Slovakiyaya işgüzar səfərinə dair mətbuat məlumatı

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb.

 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

7 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti