news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 oktyabr 2019

No:308/19, AR XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Ermənistan XİN-in mətbuat xidməti ən son şərhində “Dağlıq Qarabağ xalqının” maraqları məsələsini bir daha səsləndirdi. Bu xüsusda nə deyə bilərsiniz?

Cavab: Bu barədə Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Valday” beynəlxalq diskussiya klubunda çıxışı zamanı bu məsələyə kifayət qədər əsaslı, aydın, konkret və qətiyyətli cavabını verib.

Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe isə öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyildir, çünki dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq. Ümumiyyətlə, Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir. Hətta Ermənistan XİN-in mətbuat xidmətinin özünün istinad etdiyi ATƏT-in Mink Qrupunun həmsədrlərinin birgə bəyanatları və münaqişənin iki tərəfi arasındakı razılaşmalarda  aydın şəkildə “əhalilərin sülhə hazırlanmasından” söhbət gedir. Azərbaycanın dövlət başçısı hər bir kəsə aydın olacaq şəkildə izah etdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil, burada söhbət Azərbaycanın sözügedən bölgəsinin azərbaycanlı və erməni icmalarından ibarət əhalidən gedir.

Əgər Ermənistan tərəfi həqiqətən bu bölgədə demokratiyanın qələbə çalmasında maraqlıdırsa,  o zaman Ermənistan, Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti həyata keçirən bir tərəf kimi, ilk növbədə, öz qoşunlarını bu ərazilərdən çıxarmalı və bu torpaqlardan zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin geri dönüşünə, yəni onların qanuni və demokratik hüquqlarının təmin olunmasına əngəl törətməməlidir.

---

Руководитель Управления пресс-службы МИД АР отвечает на вопрос СМИ

Вопрос: В своем последнем комментарии пресс-служба МИД Армении вновь озвучила тезис об интересах «народа Нагорного-Карабаха». Хотели бы узнать Ваше мнение по данному вопросу.

Ответ: По этому вопросу позиция Азербайджана неоднократно озвучивалась. Так, Президент Азербайджанской Республики господин Ильхам Алиев в своем выступлении в рамках международного дискуссионного клуба «Валдай» достаточно основательно, четко, ясно и решительно высказался по данному поводу. Позиция же нынешних властей Армении является не чем иным как самообманом и введением в заблуждение собственного народа, однако обмануть международное сообщество невозможно и не получиться. Налицо крайняя необходимость политического руководства Армении во внимательном изучении международных документов, принятых в рамках процесса урегулирования конфликта, а также заявлений сопредседателей МГ ОБСЕ. Ни в одном из документов по урегулированию конфликта  в отношении населения Нагорно-Карабахского региона Азербайджана никаким образом не упоминается понятие «народ». В данной связи, хотела бы напомнить, что и в совместном заявлении сопредседателей МГ ОБСЕ, а также в соответствующих  договоренностях двух сторон конфликта, на которые ссылается пресс-служба МИД Армении, четко отмечается о необходимости подготовки к миру именно населений. Глава Азербайджанской Республики в доступной и ясной форме для всех отметил, что не существует понятия «народ Нагорного-Карабаха», речь идет об азербайджанском и армянском населении данного региона Азербайджана.

Если армянская сторона действительна заинтересована в победе демократии в этом регионе, то Армения, как страна, осуществляющая реальный контроль над оккупированными территориями Азербайджана, должна, в первую очередь, вывести свои войска из этих территорий и не препятствовать возвращению туда насильственно изгнанного азербайджанского населения, что послужит обеспечению его законных и демократических прав.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti