No:308/18, Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperı və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib
Görüşdə Ravvin Abraham Kuper Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirərək, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyini bildirərək tarixən müxtəlif dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırdı. O, Azərbaycanda tolerantlıq və multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verildiyini vurğuladı. Məhz bundan irəli gələrək ölkəmizin sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı.
Öz növbəsində Ravvin Abraham Kuper multikulturalizm sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını qeyd edərək, ölkəmizdə dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörməti yüksək qiymətləndirdiyini bildirdi. O, Azərbaycanın bütün dünyaya dözümlülük, tolerantlıq və multikulturalizm modeli kimi nümunə olduğunu qeyd etdi.
Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.