No:305/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin konsulluq xidmətləri üzrə keçirilmiş onlayn müşavirəyə dair məlumatı

14 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin nümayəndələrinin və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında konsulluq funksiyalarını həyata keçirən məsul əməkdaşların iştirakı ilə konsulluq xidmətləri üzrə onlayn müşavirə keçirilib.

 

Müşavirə zamanı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı məsələlər, pandemiyaya dövründə Azərbaycan Respublikası vətəndaşları, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hava, yerüstü və dəniz yolu ilə ölkə ərazisinə giriş-çıxış qaydaları müzakirə edilib, Azərbaycan Respublikasında COVID-19 xəstəliyinə qarşı mübarizə sahəsində həyata keçirilən cari tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra, konsulluq xidmətlərinin elektronlaşdırılmasını nəzərdə tutan layihələr barədə məlumat verilib, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi üzrə yeni proqram təminatı üzərində işlərin yekunlaşdırıldığı və test mərhələsi keçdikdən sonra mərhələli şəkildə tətbiqinə başlanılacağı elan edilib.

 

Müşavirənin sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımızda pandemiya şəraitində vətəndaş müraciətlərinin icrası zamanı operativliyin təmin olunması və müştərək işin keyfiyyətinin yüksəldilməsi məqsədilə qarşılıqlı müzakirələr aparılıb və bu istiqamətdə zəruri təlimatlar verilib.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti