news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2019

No:303/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistanın Xarici İşlər naziri ilə görüşüb

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Xarici İşlər naziri Dr. Subrahmanyam Caişankar ilə görüşüb.

Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında Hindistanlı həmkarına məlumat verərək, bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd etdi.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakını məsələləri üzrə fikir mübadiləsi apardılar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edildi.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti