news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 oktyabr 2017

No:303/17, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudan Respublikasındakı fəxri konsulu Tarig Hamza Zeynəlabdini qəbul edib

Nazir Elmar Məmmədyarov Tarig Hamza Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi.

Görüşdə Azərbaycan və Sudan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Tarig Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) təcrübəsinin Sudanda böyük maraqla qarşılandığını qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çəkdi.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi bildirildi. Bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində Sudanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi diqqətə çatdırıldı.

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti