news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2019

No:302/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşdü

Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd etdilər və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə etdilər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılacağını məmnunluqla bildirdi.

Daha sonar tərəflər ATƏT-in Faəliyyətdə olan sədri qismində Slovakiyanın fəaliyyəti, eləcə də qarşıdan gələn Bratislava Nazirlər görüşü barəsində fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü, yüksək səviyyəli tədbirlə bağlı hazırlıq işlərinin görülməsi, Azərbaycanın bu Hərəkata sədrliyi məsələləri ilə bağlı həmkarına məlumat verdi.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti, iki ölkənin Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Nyu York görüşü barədə həmsöhbətinə ətraflı məlumat verən Nazir Elmar Məmmədyarov, məhz Ermənistan rəhbərliyinin məsuliyyətsiz mövqeyi və bəyanatlarının danışıqların irəlilədilməsinə ciddi maneə olduğunu vurğuladı.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti