No:302/18, Xarici işlər naziri Elmar Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb
Görüş zamanı Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fondun prezidenti G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verdi.
Tərəflər həmçinin qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğuladılar.
Görüşün sonunda xarici işlər naziri E.Məmmədyarov və Fondun prezidenti G.Əfəndiyeva “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş"i imzaladılar.