news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 oktyabr 2017

No:301/17, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşüb

Görüşdə L.Orlando vaxtikən İtaliya Parlamentinin üzvü qismində Azərbaycana səfəri, səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli məhsuldar görüşləri və Azərbaycan haqqında xoş xatirələrini məmnunluqla qeyd etdi.

Görüşdə Palermo ilə ölkəmizin bölgələri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı. Regionalararası əməkdaşlıq çərçivəsində turizm, kənd-təsərrüfatı, mədəniyyət, şəhər idarəçiliyi üzrə təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından olduğunu, bütün sahələrdə ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd edərək, ölkələrimizin regionları arasında da əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğuladı.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti