No:298/17, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov 24-25 oktyabr tarixlərində ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak etmək üçün İtaliyaya işgüzar səfər edib.
Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.