No:296/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibati binasında server və kommunikasiya infrastrukturunun yenidən qurulması üçün müxtəlif malların, işlərin və xidmətlərin satın alınması məqsədilə təkliflər sorğusunun keçirilməsi barədə elanı

     Təkliflər sorğusu 1 lot üzrə keçiriləcəkdir.

İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.

İddiaçılar müsabiqəyə təqdim olunan təklifdə malların, işlərin və xidmətlərin qiymətini nəqliyyat, sığorta, vergilər, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərməlidir. Təkliflər bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50 ünvanından əldə edə bilərlər. Əlaqələndirici şəxs: Abdullayev Cavid Zahir oğlu. Telefon: (+99412 596 92 57)

İştirak haqqı nəzərdə tutulmur.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
  2. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (İddiaçının hüquqi sənədlərinin surəti notarial qaydada təsdiqli olmalıdır);
  3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  5. İddiaçının təklifi (zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  6. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
  7. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq arayış;
  8. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasına icazə verən lisenziya;
  9. işin icrası üçün müqaviləni imzalayacaq subpodratçı (subpodratçı cəlb edəcəyi təqdirdə)  barədə məlumatlar. İddiaçı tərəfindən subpodratçı cəlb ediləcəyi təqdirdə subpodratçı barədə də təşkilati və hüquqi sənədlər və ixtisas göstəricilərinə dair sənədlər təqdim edilməlidir.

 

Sənədlər Azərbaycan dilində, 1 nüsxə əsli və bir nüsxə surəti şəklində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə  tərcümə olunmalıdır). Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədləri ikiqat qapalı möhürlənmiş zərfdə 18 avqust 2021-ci il saat 17:00-dək Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən Xarici İşlər Nazirliyinin tender komissiyasına təqdim  etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 19 avqust 2021-ci il saat 11:00 tarixdə Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi  50 ünvanında yerləşən Xarici İşlər Nazirliyinin  inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti