No:295/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb
Görüşdə, Nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladılar.
Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşündə iştirak, yüksək səviyyəli tədbirə hazırlıq işləri, eləcə də Azərbaycanın Hərəkatda sədrlik prioritetləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Nazirlər ikitərəfli əlaqələrin inkişafı perspektivləri, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.
Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparıldı.