No:292/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb
Görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulandı.
Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Sammiti və Azərbaycanın Hərəkatda sədrliyi məsələlərini müzakirə etdilər.
Görüş əsnasında, həmçinin regional təhlükəsizlik gündəliyində duran bir sıra məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparıldı.