news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2017

No:292/17, Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycana rəsmi səfər edəcək

Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski 18 oktyabr 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 18 oktyabr tarixində saat 11:20 dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti