No:291/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığına dair mətbuat məlumatı

28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna zəng vurub.

 

Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. 

 

Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin daha da möhkəmlənəcəyinə, ikitərəfli və regional çərçivədə hərtərəfli əlaqələrimizin genişlənəcəyinə əminlik ifadə olunub.

 

Xarici işlər naziri Mevlüt Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti