news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 iyun 2022

No:289/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) nümayəndə heyəti ilə görüşünə dair məlumatı

17 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun  (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət olan nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan ilə AŞ arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, AŞ-nin ölkəmizə dair 2022-2025-ci illər üçün Fəaliyyət Planının icra mexanizmləri ətrafında müzakirələr aparıldı.

 

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə ətraflı məlumat verdi.

 

Səfərlə bağlı xoş təəssuratları ilə bölüşən nümayəndə heyətinin üzvləri, keçirilən görüşlərin və aparılan müzakirələrin ölkə haqqında, xüsusilə də ölkənin inkişafı ilə bağlı yerindəcə tanış olmaq baxımından əhəmiyyətini vurğuladılar.

 

Nazir, nümayəndə heyətinin suallarını cavablandırdı və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti