news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2019

No:289/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətindən həmkarı ilə görüşüb

BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşdü.

Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi apardılar. Xüsusilə turizm sahəsində son zamanlar artmaqda olan əməkdaşlığın Azərbaycan və Küveyt arasında münasibətlərin daha da inkişafına töhfə verdiyi qeyd olundu.

Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələsini müzakirə etdilər.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri  və digər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti