news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 oktyabr 2017

No:286/17, Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib

Etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Prezident cənab E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident cənab E.Moralesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident cənab E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti