No:284/24, Xarici İşlər Nazirliyinin rəhbər heyətinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarətinə dair mətbuat məlumatı 

9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində 8 iyul 2024-cü il tarixində Xarici İşlər Nazirliyinin heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.

 

Fəxri Xiyabana ziyarət çərçivəsində xalqımızın Ümummilli Lideri, dövlətçilik və diplomatiya tariximizdə misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Şəhidlər Xiyabanına ziyarət zamanı ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılan "Əbədi məşəl" abidəsinin qarşısına əklil qoyulub, Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirələri dərin hörmətlə anılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti