news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 sentyabr 2019

No:280/19, Xarici İşlər Naziri Elmar Məmmədyarovun “2019 Xəzər Biznes Forumu”nda çıxışı

Qeyri-rəsmi tərcümə

Hörmətli
 dövlət katibi Pompeo,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

“2-ci Xəzər Biznes Forumu”na ev sahibliyi etdiyinə görə Xəzər Siyasət Mərkəzinə təşəkkürümü bildirmək istəyirəm. Bu ənənəvi tədbir, ABŞ-da qərar qəbul edənlər, dövlət və özəl sektor rəhbərləri üçün strateji Xəzər regionu ilə əlaqələr yaratmaq, biznes və investisiya imkanları haqqında daha çox məlumat əldə etmək üçün əlverişli platformaya çevrilir.

Son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə sahələrindəki strateji fəaliyyətimiz daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub.  

Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir, eyni zamanda ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub.

ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoymuşdur. 250-dən çox ABŞ şirkətləri Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak etmişlər.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü pan-Avropa və ondan kənarda enerji təhlükəsizliyinə töhfə verən etibarlı və sadiq tərəfdaş kimi doğrultdu. Ötən həftə, son onilliklər ərzində Azərbaycan iqtisadiyyatını dəyişdirən - Xəzər dənizindəki nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının kəşfiyyatı və işlənilməsi barədə razılaşmaya dair sazişin - "Əsrin müqaviləsi"nin 25 illik yubileyi qeyd edildi. Qərbin digər əsas şirkətləri arasında ABŞ-ın böyük neft şirkətləri “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin ilkin konsorsiumunun bir hissəsini təşkil edir. AÇG-nin 2049-cu ilə qədər uzadılması ilə bağlı yeni müqavilə 2017-ci ildə imzalanmışdır. Müqavilə çərçivəsində ABŞ-ın Chevron və Exxon şirkətləri AÇG Konsorsiumunun 16 faizdən çox səhminə sahib oldu.

Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizinin bir hissəsi olmasa da, ABŞ ilə möhkəm tərəfdaşlıq və sonuncunun dəstəyi enerji marşrutlarının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından vacib olub. ABŞ-ın diplomatik səyləri və Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tamamlanmasına töhfə verən Amerika şirkətlərinin iştirakı Cənub Qaz Dəhlizinin uğuru üçün də vacibdir. ABŞ tikinti materialları, işçiləri və podratçıları Azərbaycanda və Avropada bu layihələrin inşası, inkişafı və istismarı baxımından həm maddi, həm də yaxından iştirak edirlər – bura ümumi dəyəri 2 milyard ABŞ dollarından çox olan müqavilələrlə 20-dən çox iri podratçı kontraktorlar (məsələn, Baker  Hughes, Bechtel, Cameron, Emerson, GE, KBR, Schlumberger və Siemens)  daxildir.

Prezident D. Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə etmişdir. ABŞ hökumətinin Cənub Qaz Dəhlizi layihəsini bir çox qurumlar daxilində ciddi şəkildə dəstəklədiyini qeyd etmək vacibdir. Cənub Qaz Dəhlizini layihəsi başa çatmaq üzrədir və biz  qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq.

Bu ilin may ayında Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının dördüncü iclası, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət və sərmayə, nəqliyyat və logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və turizm məsələləri üzrə dialoqumuzun gücləndirilməsi və dərinləşdirilməsinə yönəlmişdir.

Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi və sonra Qafqaz üzərindən keçən nəqliyyat yolları xüsusilə aktualdır. Bu gün Azərbaycan regional və transmilli bağlılıq təşəbbüslərinin, o cümlədən əsas nəqliyyat əlaqələrinin və strateji infrastrukturun inkişafı, Avrasiyanın müxtəlif regionları arasında sərnişin və yük daşınmasının inkişafı üçün beynəlxalq logistika mərkəzlərinin və sərbəst ticarət zonalarının yaradılmasının fəal iştirakçısı və onu təşviq edən tərəfdir.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin arasında yük və sərnişin əlaqəsi yaradaraq Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Dəmir yolu xətlərinin bir-biri ilə kəsişməsi öz-özünə təmin olunmur və kommersiya baxımından əlverişli olması üçün hazırda tariflərin unifikasiyası üzərində işləyirik. Bakı-Tbilisi-Qars, Asiyanı Avropa ilə birləşdirən və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə ərazisindən keçən, 6500 km uzunluğunda olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsidir. Bu nəqliyyat əlaqələri açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya, eləcə də Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. İlk konteyner qatarları bu marşrutun tranzit müddətini 30-35 gündən 15 günə endirə biləcəyini sübut etmişdir. Transxəzər dəhlizi, özəl sektorun genişləndirilməsi üçün investisiya, ticarət və tranzit sahəsində əlavə imkanlar yaradacaqdır.

Son illərdə Hökumətimiz iş mühitinin yaxşılaşdırılması, o cümlədən məhdud qiymət nəzarəti, şirkətlərə qoyulan xarici kapitalın miqdarına heç bir məhdudiyyətin qoyulmaması, mənfəətin və texnologiyaların transferi repatriasiyasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, xarici və yerli investorlar arasında ayrıseçkiliyin qoyulmaması, xarici valyuta mübadiləsi məhdudiyyətləri və xarici sərmayələrin əvvəlcədən avtorizasiyası kimi hədəflənmiş islahatlara diqqət yetirir.

Sahibkarlıq sahəsindəki bütün yoxlamalar 2021-ci ilə qədər qanunvericilik səviyyəsində dayandırılıb. Aktiv makroiqtisadi siyasət sayəsində 2017-2019-cu illərdə iqtisadiyyat sabitləşib.

Azərbaycan 2018-ci ildə Qlobal Rəqabət Qabiliyyəti hesabatında 35-ci, Dünya Bankı tərəfindən dərc edilmiş 2019-cu il “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə, o cümlədən biznesin qurulması üçün 9-cu və Dünyada investorların müdafiəsi üzrə 2-ci yerdədir. Azərbaycanda inkişaf etmiş biznes və investisiya mühiti ABŞ-Azərbaycan işgüzar dairələri arasında (B2B -business to business) əlaqələr yaratmaq üçün yeni imkanlar açır.

Azərbaycan, eyni zamanda, İrs  (Heritage) Fondunun ən qabaqcıl hesabatı olan “2019 İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş əldə edən ölkədir. Hesabatda Azərbaycan 1995-ci ildə İndeks tətbiq olunandan bəri Qanunun Aliliyi kateqoriyasında ən yaxşı inkişaf etmiş ölkə olaraq qeyd olunub. Azərbaycanda mülkiyyət hüquqlarının, investisiya azadlığının və maliyyə sağlamlığının kəskin artması müşahidə edilib.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcəkdir.

Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının inkişafına başlanılıb.

Ümumilikdə əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcəkdir.

Sonda Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) ölkələrimiz arasında həm enerji, həm də qeyri-neft sektorunda ticari əlaqələrin qurulmasındakı mühüm rolunu xüsusilə qeyd etmək istərdim.

Təşəkkür edirəm.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti