news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 oktyabr 2017

No:279/17, Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Nikolaos Kanellosu qəbul edib

Görüş əsnasında səfir Nikolaos Kanellos etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Nikolaos Kanellosu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Nikolaos Kanellos diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirdi.

Görüşdə Azərbaycan və Yunanıstan arasında enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.




Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti