No:278/17, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqeri qəbul edib
03 oktyabr 2017 04:38
Nazir Elmar Məmmədyarov Helmut Mantsenrayter və Andreas Köniqsberqeri fəxri konsul qismində fəaliyyətə başlamaları münasibətilə təbrik etdi və həmsöhbətlərə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verdi.
Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.