news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 oktyabr 2017

No:277/17, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Azərbaycana rəsmi səfər edəcək

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin 2-3 oktyabr 2017-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində nazir Pavlo Klimkinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 3 oktyabr tarixində saat 11:00 dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti