news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2018

No:276/18, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Sudan Respublikasının federal hökumət palatasının naziri Hamid Muhamməd Elnur Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatlar, xüsusilə BMTİƏT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirərək, bundan sonra da əlaqələrin daha da möhkəmlənəcəyinə dair əminliyini diqqətə çatdırdı. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Sudanın nümayiş etdirdiyi ədalətli mövqeyə görə sudanlı nazirə təşəkkürünü bildirdi.

Nazir Hamid Muhamed Elnur Əhməd səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanın Sudan üçün önəmli ölkə olduğunu qeyd etdi və  ölkəmizin  ərazi bütövlüyü və suverenliyinə dəstəyin göstərilməsinin Sudanın prinsipial mövqeyi olduğunu və bu mövqeyin dəyişilməz qalacağını vurğuladı.

Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində münasibətlərin inkişaf etdiriməsində maraq ifadə edən Nazir H.M.E.Əhməd Azərbaycanın enerji sahəsində, xüsusilə neft istehsalı sahəsində təcrübəsinin öyrənilməsində istəkli olduqlarını vurğuladı.

Öz növbəsində Nazir E.Məmmədyarov Azərbaycanın enerji sahəsində Sudanın ehtiyac duyduğu istiqamətlər üzrə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu qeyd etdi.

Tərəflər, həmçinin iki ölkə arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, ictimai xidmətlər və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti