news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2018

No:275/18, Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşdü

 
Görüş zamanı tərəflər 2018-ci ilin dekabr ayında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə etdilər. Sözügedən tədbir çərçivəsində dünyanın 178 ölkəsindən gənc parlamentarilərin Azərbaycanda gedən inkişaf proseslərini daha yaxından tanımaq imkanı əldə edəcəkləri xüsusilə qeyd olundu.

Nazir E.Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti olmaqla yanaşı Meksikanın millət vəkili olan Qabriela Kuevas Barron ilə Azərbaycan Meksika ikitərəfli münasibətləri üzrə fikir mübadiləsi apardı. Münasibətlərin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verəcəyini vurğuladı. 

Görüş zamanı eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.




Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti