news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2018

No:273/18, Xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESKO-nun Baş direktorunun müavini Xinq Qu ilə görüşdü

Nazir Elmar Məmmədyarov elmin, mədəniyyətlərarası dialoqun və təhsilin inkişafında YUNESKO-nun fəaliyyətini yüksək qiymətləndirdi, Azərbaycanın təşkilatla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

YUNESKO-nun Baş direktoru x-m Odri Azulayın salamlarını çatdıran baş direktorun müavini  təmsil etdiyi beynəlxalq qurumun rəhbərliyinin Bakı Humanitar Forumunun təşkilinə yüksək önəm verdiyini qeyd etdi. O, YUNESKO və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən məmnunluqla bəhs etdi.

Tərəflər 2019-cu ildə Azərbaycanda təşkil olunacaq Dünya Mirası Konfransının əlaqələrin daha da inkişafında önəmli rol oynayacağını qeyd etdi. Hər iki tərəf Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsində birgə səylərin artırılmasının vacibliyini vurğuladı.

Görüş zaman tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti