news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2017

No:273/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşdü.

Pyer Krahenbul fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verdi. Görüşdə Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirildi.

Görüşdə həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olundu.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti