news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2019

No:272/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin  Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri  Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi apardılar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulandı.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olundu.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti