No:269/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Yunanıstanın səfirinin görüşünə dair məlumatı

Bu ilin 25 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Hər iki tərəf vurğulayıb ki, ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirlər və bu əlaqələri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.

Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb. 

Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti