news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 oktyabr 2018

No:267/18, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikasının parlamentinin vitse-prezidenti Kalle Laaneti qəbul edib

Nazir Elmar Məmmədyarov  Estoniya Respublikasının parlamentinin vitse-prezidenti Kalle Laaneti salamlayaraq, Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Həmçinin Nazir Elmar Məmmədyarov informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlıq mövcud olduğunu qeyd etdi. Avropa İttifaqı-Azərbaycan arasında münasibətlərə toxunan Nazir Elmar Məmmədyarov, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barədəsində qarşı tərəfə məlumat verdi.

Kalle Laanet, öz növbəsində səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək, Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etdi.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti